image-image_750x_692ac19e7feb8backend

Nazirin diplomu saxta çıxdı: İstefa verdi 

image-ads-728x90

Korrekt.az Digi24-ə istinadən xəbər verir ki, Rumıniyanın müdafiə naziri İonut Moştian ali təhsili ilə bağlı qalmaqal fonunda vəzifəsindən istefa verib. Nazir açıqlamasında bildirib ki, təhsili ilə bağlı müzakirələrin və illər əvvəl etdiyi səhvlərin hazırkı hökumətə kölgə salmasını istəmədiyi üçün belə bir qərar qəbul edib.

Qalmaqal Moştianın tərcümeyi-halında ali təhsilini bitirdiyini göstərməsinə baxmayaraq, onun adını çəkdiyi universitetin belə bir tələbənin heç vaxt mövcud olmadığını bildirməsi ilə başlayıb.

Daha sonra Moştian başqa bir təhsil müəssisəsinin diplomunu təqdim edərək, yayılan məlumatın səhv olduğunu iddia edib. Lakin bu addım da əlavə suallar yaradıb. Həmin universitet açıqlayıb ki, Moştian yalnız 2015-ci ildə burada buraxılış imtahanları verib.

Jurnalistlərin araşdırmaları nəticəsində məlum olub ki, keçmiş nazir əslində daha az nüfuzlu bir universiteti “diplomatik mühəndislik” ixtisası üzrə bitirib və təhsilini başladıqdan tam 16 il sonra tamamlayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki