image-default-1backend

Netanyahu həbs edilir: Tramp İsrail prezidentindən nəyi xahiş edib?

image-ads-728x90

ABŞ prezidenti Donald Trump İsrail prezidentini tənqid edərək baş nazir Benjamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv edilməsini tələb edib.

Korrekt.az xəbər verir ki, ABŞ lideri Channel 12 telekanalına müsahibəsində bildirib ki, İsrail prezidenti Isaac Herzog Netanyahunu dərhal əfv etməlidir. Onun sözlərinə görə, baş nazirin diqqəti yalnız İranla bağlı vəziyyətə yönəlməlidir.

Tramp bildirib:“Prezident Herzoq bu gün Netanyahunu əfv etməlidir. Mən Netenyahunun İranla mümkün müharibədən başqa bir şeylə məşğul olmasını istəmirəm. Herzoq bu rüsvayçılıqdır. O, mənə beş dəfə Netenyahunun əfv edəcəyinə söz verib”.

Qeyd edək ki, Netanyahu 2019-cu ildə ona qarşı irəli sürülən rüşvətxorluq, dələduzluq və etibardan sui-istifadə ittihamlarını qəbul etmir. O, cinayət ittihamı ilə mühakimə olunan ilk İsrail baş naziri hesab olunur.

Tramp daha əvvəl də İsrail prezidentindən Netanyahunun əfv olunmasını istəyib. Baş nazir isə ötən ilin noyabrında rəsmi şəkildə əfv üçün müraciət edib. Lakin Herzoq Trampın bu iddialarını təkzib edərək bildirib ki, İsrail qanunun aliliyinə əsaslanan suveren dövlətdir.

Xatırladaq ki, İsrail qanunvericiliyinə əsasən prezident məhkum olunmuş şəxsləri əfv etmək səlahiyyətinə malikdir. Bununla belə, məhkəmə prosesi davam etdiyi halda əfv verilməsi ilə bağlı indiyədək presedent olmayıb və hüquqi prosedur kifayət qədər uzun çəkə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki