image-d303b2c2-3520-45a8-9e90-a8407d9f07f9backend

Netanyahu öldürülüb? -İDDİA

image-ads-728x90

İsrailin baş naziri Benyamin Netanyahunun ölümü və ya yaralanması ilə bağlı ivritdilli mediada müxtəlif fərziyyələr yayımlanıb.

Korrekt.az İranın “Tasnim News” agentliyinə istinadən xəbər verir ki, artıq bir çox dünya mediası onun ölümü ilə bağlı fərziyyələrin olduğunu yazır.

Netanyahunun son videosu təxminən üç gün əvvəl yayımlanıb, son görüntülərinin dərcindən isə dörd gün keçib. Bu müddət ərzində onun adından yalnız yazılı açıqlamalar verilib.

Əvvəllər Netanyahu demək olar ki, hər gün, bəzən isə gündə bir neçə video paylaşırdı. Son günlər isə onun sosial media hesablarında heç bir video yayımlanmayıb.

Bəzi ivrit mənbələri martın 8-də Netanyahunun iqamətgahı ətrafında təhlükəsizlik tədbirlərinin, xüsusilə dronlara qarşı müdafiənin gücləndirildiyini iddia edir.

Jared Kuşner və Stik Uitkofun İsrailə planlaşdırılan səfərinin ləğv edilməsi də bu iddialarla əlaqələndirilir.

Emmanuel Makron və Netanyahunun telefon danışığı barədə yayılan məlumatda isə danışığın dəqiq tarixi göstərilməyib və yalnız mətn formasında açıqlama verilib.

Hazırda İsrail mediası və beynəlxalq analitiklər Netanyahunun vəziyyətinə dair daha dəqiq məlumatların gəlməsini gözləyir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki