image-1backend

Nikol Paşinyan təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırdı  

image-ads-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün təcili olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə Korrekt.az erməni mediasına istinadla xəbər verir.

Məlumata görə, iclasda müdafiə naziri Suren Papikyan iştirak edəcək. Ermənistan Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan iclasın çağırıldığını təsdiqləyib.

Erməni mediasının məlumatına əsasən, iclas zamanı həm sülh sazişi, həm də konstitusiyada dəyişikliklər məsələləri müzakirə olunacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki