image-1backend

Novruz bayramında bu istiqamətlərə əlavə qatar reysləri açılacaq

image-ads-728x90

Qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edilir.

Korrekt.az  xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

– 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı;

– 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı;

– 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.





image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki