image-1backend

Onkoloji xəstəliklər əsasən bu səbəblərdən yaranır – XƏBƏRDARLIQ

image-ads-728x90

Son illər dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərin yayılması ilə bağlı narahatlıqlar artır. Xüsusilə, ailəsində xərçəng xəstəsi olan şəxslər bu xəstəliyin irsi ötürülmə ehtimalı ilə maraqlanır.

Bəs onkoloji xəstəliklərin irsi ötürülməsi nə dərəcədə mümkündür və ailə tarixçəsi gələcək nəsillər üçün hansı riskləri yaradır?

Mövzu ilə bağlı  açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, İrsi faktorlar təkcə onkoloji problemlərdə deyil, bir çox qeyri-infeksion hallarda da özünü göstərir:

“Onkoloji xəstəliklərin hər bir pasiyentini müayinə etdikdə görürük ki, onların 60-70 faizində irsi-genetik faktor böyük rol oynayır. Xüsusilə, süd vəzi xərçəngi qadınlar arasında geniş yayılıb. Eyni zamanda ağciyər və mədə xərçəngi kimi xəstəliklərdə də genetik meyl mühüm əhəmiyyət daşıyır.

Son dövrlərdə ailəsində heç bir onkoloji xəstəlik olmayan şəxslərdə də xərçəng hallarına rast gəlinir. Bu isə onu göstərir ki, onkoloji xəstəliklərin yaranmasında yalnız genetika rol oynamır”.

Onkoloq vurğulayıb ki, xəstəliklərin yaranma səbəblərinin böyük hissəsi həyat tərzi ilə bağlıdır:

“Onkoloji xəstəliklərin yaranmasının 50-60 faizi qidalanma, stress, travmalar, fast-food məhsullarından istifadə, tütün məmulatları və alkoqoldan sui-istifadə ilə əlaqəlidir. Bütün bunlar xəstəliyin yaranmasında çox mühüm rol oynayır”.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki