image-1backend

Overçuk Rusiya biznesini Azərbaycanda aktiv olmağa çağırıb

image-ads-728x90

Rusiya biznesini Azərbaycan hökumətinin irəli sürdüyü təşəbbüslərə diqqət yetirməyə və hökumətin təqdim etdiyi imkanlardan daha fəal istifadə etməyə çağırıram.

Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Əlbəttə, Azərbaycan biznesini də Rusiyada mövcud olan imkanlara, o cümlədən xüsusi iqtisadi zonalar çərçivəsində yaradılan imkanlara baxmağa çağırmaya bilmərəm. Burada çox yaxşı kooperasiya prosesləri yarana və inkişaf edə bilər”, – deyə A. Overçuk əlavə edib.

“Dünən Şahin Abdullayeviçlə söhbət zamanı qeyd etdik ki, təxminən bir il yarım əvvəl baş vermiş faciəli hadisələr əlaqələrimizi zəiflədib. Bu gün itirilmiş tempi bərpa etmək və ticari-iqtisadi əməkdaşlığı arzuolunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir. Bu isə ilk növbədə işgüzar dairələrin nümayəndələrinin vəzifəsidir”, – Overçuk bildirib.

O, münasibətləri inkişaf etdirməyin əhəmiyyətindən danışıb: “Biz sıx əlaqələri qoruyub saxladıq və hamını buna istiqamətləndirdik ki, münasibətləri inkişaf etdirmək lazımdır. Rusiya və Azərbaycan ən yaxın qonşulardır. Münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır. Hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkənin layiq olduğu inkişaf üçün yeni imkanlar açır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki