image-1backend

Pakistan: “ İranlı dənizçilərin ölkələrinə təhlükəsiz qayıtmasına kömək etməyə hazırıq” 

image-ads-728x90

Bu gün Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” hesabında bildirib ki, Pakistan Sinqapur yaxınlığında ABŞ tərəfindən ələ keçirilən gəmilərdə olan iranlı dənizçilərin təhlükəsiz şəkildə geri qayıtmasına yardım göstərməyə hazırdır.

Nazirin sözlərinə görə, o, Sinqapur suları yaxınlığında saxlanılan gəmilərdə olan 11 pakistanlı və 20 iranlı dənizçinin təhlükəsizliyi və geri qaytarılması üçün Sinqapurdan dəstək istəyib.

İshaq Dar qeyd edib ki, bu məsələ ilə bağlı iranlı həmkarı ilə də danışıb. Pakistan XİN rəhbəri vurğulayıb ki, İran vətəndaşlarının Pakistan vasitəsilə ölkələrinə təhlükəsiz şəkildə qayıtması üçün bütün imkanlar yaradılacaq.

O, Sinqapurun əməkdaşlığını yüksək qiymətləndirib və Pakistanın aidiyyəti qurumlarla birlikdə ABŞ hakimiyyəti və digər tərəflərlə koordinasiyanı davam etdirdiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki