image-1backend

Peskov: Rusiya və Azərbaycan arasında fikir ayrılığı YOXDUR

image-ads-728x90

Rusiya və Azərbaycanın Ukraynadakı vəziyyətlə bağlı fərqli mövqeləri var, lakin Moskva bunu ikitərəfli münasibətlərin inkişafına maneə hesab etmir.

Korrekt.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna məsələsində Moskvadan fərqli mövqedə olan digər tərəfdaşları da var.

Peskov vurğulayıb ki, “bu, bizim fikir ayrılığımızın mövzusudur, amma biz inanmırıq ki, bu, ikitərəfli münasibətlərə kölgə salmalıdır. Biz burada praqmatik yanaşma tətbiq edirik”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki