image-1backend

Pezeşkian:  İran müharibə istəmir, amma təslim olmayacaq 

image-ads-728x90

Dünən İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran müharibə etmək niyyətində deyil və digər ölkələrlə dialoq və konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verir.

Korrekt.az xəbər verir ki, o, bu açıqlamanı Tehranda fövqəladə xidmətlər mərkəzinə baş çəkərkən verib. Pezeşkian vurğulayıb ki, İran xalqına öz iradəsini qəbul etdirmək üçün edilən istənilən cəhd uğursuzluğa məhkumdur.

İran prezidenti qeyd edib ki, Tehran ABŞ ilə konstruktiv dialoqu dəstəkləyir, lakin heç bir halda “təslim olmağa” razı olmayacaq.

Pezeşkianın sözlərinə görə, İran problemlərin həllini yalnız diplomatik yollarla mümkün hesab edir və gərginliyin artmasında maraqlı deyil.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki