image-1backend

Pezeşkian Müctəba Xameneyi ilə iki saat yarımlıq görüşündən danışdı

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Müctəba Xameneyi ilə son görüşü barədə açıqlama verib.

Korrekt.az xəbər verir ki, Pezeşkian bildirib ki, görüş səmimi şəraitdə keçib və müzakirələr təxminən iki saat yarım davam edib. Onun sözlərinə görə, görüş zamanı ən çox diqqətini çəkən məqam ali rəhbərin qarşıdurma tərzi, dünyagörüşü, təvazökarlığı və səmimi davranışı olub.

Prezident vurğulayıb ki, bu yanaşma dialoqu inam, sakitlik, empatiya və birbaşa ünsiyyət üzərində qurulan mühitə çevirib.

Pezeşkian, habelə, ölkə idarəçiliyində birlik və qarşılıqlı etimadın möhkəmləndirilməsiin vacibliyini qeyd edərək bildirib ki, yüksək vəzifəli şəxslərin bu cür davranışı dövlət idarəçiliyi üçün nümunə ola bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki