Bu gün İran prezidenti Məsud Pezeşkian bölgədəki gərginlik fonunda bəzi ölkələrin vasitəçilik təşəbbüsləri ilə çıxış etdiyini bildirib.
Korrekt.az xəbər verir ki,Pezeşkian “X” hesabında paylaşım edərək yazıb: “Bəzi ölkələr vasitəçilik təşəbbüslərinə başlayıb. Onlara cavabımız aydındır: Biz bölgədə davamlı sülhə sadiqik, ancaq ölkəmizin ləyaqətini və nüfuzunu müdafiə etməkdə heç bir tərəddüd etmirik”.
Prezident paylaşımında qeyd edib ki, vasitəçilik təşəbbüsləri “İran xalqını qiymətləndirmədən münaqişəni başlayan tərəflərə” yönəlməlidir.





















