İran prezidenti Məsud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında hər hansı fikir ayrılığı mövcud deyil.
Korrekt.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzəyi məlumat verib.
Administrasiya rəhbəri tərəflər arasında münasibətlərin tam harmoniyada olduğunu xüsusi vurğulayıb.
“Komandirlərin və Prezidentin iştirak etdiyi bütün görüşlərdə bütün qərarlar yekdilliklə qəbul edilib”, – deyə Möhsün Haci Mirzəyi qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl bəzi media resurslarında yeni prezident və hərbi elita arasında idarəçiliklə bağlı müəyyən narazılıqların olduğu iddia edilirdi.
Rəsmi Tehranın bu açıqlaması sözügedən şayiələri təkzib etmək məqsədi daşıyır.Musavat.com





















