image-1backend

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse-prezident istefa ərizəsi yazıb  

image-ads-728x90

Dünən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsi ölkə prezidenti Məsud Pezeşkiana təqdim edib. Korrekt.az xəbər verir ki, məlumatı parlament sədri Məhəmməd Baqir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti yayıb.

Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident Pezeşkian bu istefanı qəbul etməyib.

“Sobh-e no”, habelə, bildirir ki, Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri — icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki