image-1backend

Pilot  səmada “Darıxdım” yazdı: İşdən qovuldu  

image-ads-728x90

Böyük Britaniyada bir pilot  uçuş zamanı təyyarənin uçuş trayektoriyasından istifadə edərək səmada “Darıxdım” sözünü yazıb.

Korrekt.az xəbər verir ki, hadisə İngiltərə ilə Uels sərhədi yaxınlığında baş verib. Təyyarənin qeyri-adi marşrutu uçuşların izlənməsi xidməti olan Flightradar24 platformasında qeydə alınıb.

Məlumata görə, Ravenair aviaşirkətinə məxsus təyyarənin sınaq uçuşu təxminən iki saat davam edib. Pilot “Darıxdım” sözünü formalaşdırmaq üçün təxminən 20 dəqiqə ərzində ardıcıl və kəskin dönüşlər edib.

Ravenair şirkəti pilotun 20 yaşlarında olduğunu bildirib və onun müqviləsinə xitam verilib.

Şirkətin əməliyyatlar üzrə meneceri Ueyn Barrett bildirib ki, sınaq uçuşları təyyarədə aparılan texniki işlərdən sonra bütün sistemlərin normal işlədiyini yoxlamaq məqsədi daşıyır.

“Biz hər hansı detal dəyişdirildikdən sonra təyyarəni sınaq uçuşuna çıxarırıq ki, bütün sistemlərin düzgün işlədiyinə əmin olaq. Bu uçuş zamanı heç bir nasazlıq aşkarlanmadı. Təyyarə təhlükəsiz şəkildə anqara qayıtdı”, – deyə Barrett bildirib.

Britaniya mediasının məlumatına görə, pilotun bu qeyri-adi hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki