Korrekt.az xəbər verir ki, PKK sözçüsü Zaqros Hiva, “Deutsche Welle”yə müsahibədə, PKK-nın heç vaxt İranın müttəfiqi olmadığını və bu cür iddiaların psixoloji müharibənin bir hissəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə sülh İranla müharibəyə başlamaq demək deyil və bu yanaşma həm Türkiyə, həm də İran üçün faydalıdır.
Hiva, PKK-nın “sülh və demokratik cəmiyyət” çağırışının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını, habelə, İranın bu çağırışı rəsmi şəkildə dəstəklədiyini deyib.
Tehran və Ankara arasında keçmişdə kürd məsələsi üzrə əməkdaşlıq olduğunu qeyd edən Hiva, iki ölkənin kürdlərin siyasi inteqrasiyası üçün yenidən əməkdaşlıq etməsinə ümidvar olduğunu dilə gətirib.





















