Vaşinqtonun Ukrayna böhranının həlli üçün təklif etdiyi plan ABŞ administrasiyası tərəfindən Rusiya və Ukraynanın iştirakı ilə hazırlanıb.
Korrekt.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqott X hesabında yazıb. O, PBS jurnalistinin ABŞ Senatının üzvü Mayk Raundsdan (Cənubi Dakotadan Respublikaçı) sitat gətirdiyi xəbərə münasibət bildirib(Senator bildirib ki, plan əsasən ABŞ nümayəndələrinə hazır şəkildə təqdim edilib və Rusiyanın “arzu siyahısı”nı təşkil edir- red.): “Bu, açıq-aşkar yalandır. Plan ABŞ tərəfindən həm Rusiya, həm də Ukraynanın iştirakı ilə hazırlanıb. Dövlət Katibi Marko Rubionun və bütün administrasiyanın ardıcıl mövqeyi olub”.





















