image-1backend

Politoloq: “Ukrayna- Rusiya  müharibəsinin başa çatması regionun inkişafına ciddi təkan verəcək”  

image-ads-728x90

 “Ukraynada davam edən müharibənin tez bir zamanda başa çatması regionun inkişafına mühüm təsir göstərəcək. “ – bu fikirləri politoloq Arzuman Muradlı bildirib. Politoloqun sözlərinə görə , Ukraynadakı savaş təkcə iki ölkə arasında gedən müharibə deyil, bütün dünya nizamını pozan genişmiqyaslı qarşıdurmadır.

image-1

“Bir çoxları bu münaqişəni yalnız Ukrayna-Rusiya müharibəsi kimi qiymətləndirsə də, prosesə Avropa ölkələri də daxil olmaqla Asiyanın bir sıra dövlətlərinin də dolayı təsiri var. Bu isə münaqişənin qlobal xarakter aldığını göstərir. Savaşın bitməsi dünyada bahalaşan ərzaq qiymətlərinin müəyyən dərəcədə sabitləşməsinə səbəb ola bilər”– deyə politoloq əlavə edib.

“Ukrayna və Rusiya bir çox əsas ərzaq məhsullarının dünya üzrə aparıcı tədarükçüləridir. Müharibə davam etdikcə bu məhsulların dünya bazarına çıxarılmasında ciddi çətinliklər yaşanır. Bu da qaçılmaz olaraq qiymət artımlarına yol açır. Müharibə dayansa, ərzaq bazarında müəyyən normallaşma müşahidə oluna bilər”. -deyə Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, münaqişənin həlli həm regional sabitlik, həm də qlobal iqtisadi təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki