image-tcpw9kglfhulty3mbackend

QALMAQAL: Türkiyə və Misir ABŞ kruiz gəmisinin bu əraziyə girişini qadağan etdi

image-ads-728x90

CNN-in məlumatına görə, təxminən 1900 LGBT+ kruiz sərnişini daşıyan Amerika kruiz gəmisi Scarlet Lady-yə Türkiyə hakimiyyətinin oxşar qərarından sonra Misirin ərazi sularına girməyə icazə verilməyib.

Korrekt.az xəbər verir ki, təşkilatçı şirkət olan Atlantis Events-in məlumatına görə, gəmi Afina-Venesiya marşrutunun bir hissəsi olaraq Misirə çatmalı idi, lakin ölkə hakimiyyəti son anda girişi rədd etdi. Daha əvvəl Türkiyə də “ictimai dəyərlərə uyğunsuzluq” səbəbi ilə gəminin iki limanına girməsini qadağan etmişdi.

Atlantis Events şirkətinin prezidenti Riç Kempbell şirkətin bütün lazımi təsdiqlərə sahib olduğunu bildirib və hakimiyyət orqanlarının qərarını sürpriz adlandırıb. Misirin imtinasından sonra gəmi marşrutunu dəyişərək Yunanıstanın Krit adasına yola düşüb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki