image-1backend

Qarabağdan Əfqanıstana uzanan izlər: Azərbaycanlılar bu ölkəyə necə köçürülüb?

image-ads-728x90

Tarix boyu Azərbaycan türkləri yalnız bugünkü Azərbaycan ərazisində deyil, dünyanın müxtəlif bölgələrində yaşayaraq öz izlərini qoyublar. Xüsusilə Qarabağ adı və Qarabağdan köçən tayfaların izi bu gün də bir sıra ölkələrdə qorunub saxlanılır.

Əfqanıstanın müxtəlif bölgələrində, xüsusilə Kabil ətrafında “Qarabağ” adını daşıyan yaşayış məntəqələri mövcuddur. Bu ərazilərdə yaşayan türkmən və qızılbaş icmalarının əhəmiyyətli hissəsinin Azərbaycan mənşəli olduğu bildirilir.

Tarixçilərin fikrincə, XVIII əsrdə Nadir Şah dövründə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Qarabağdan bəzi türk tayfaları Əfqanıstana köçürülüb. Həmin tayfalar arasında əfşarlar, şahsevənlər və digər türk mənşəli qruplar da olub.

Məlumatlara əsasən, bu icmalar uzun illər ərzində öz dillərini, adət-ənənələrini və milli kimliklərini qoruyub saxlaya biliblər. Kabil və ətraf bölgələrdə yaşayan bəzi ailələrin bu gün də Azərbaycan türkcəsinə yaxın dildə danışdığı qeyd olunur.

XIX əsrdə Əfqanıstanda hakimiyyətə gələn bəzi siyasi və hərbi şəxslərin ətrafında Azərbaycan mənşəli qızılbaş icmaları mühüm rol oynayıb. İngilislərin Kabili işğal etdiyi dövrlərdə də qızılbaşların bölgədə təsirli qüvvə olduğu vurğulanır.

Bəzi mənbələrdə Əfqanıstandakı Azərbaycan türklərinin sayının yüz minlərlə olduğu qeyd edilir. Onların bir hissəsi sonradan Pakistan və Hindistan istiqamətinə köç edib.

Mütəxəssislər hesab edirlər ki, Qarabağ adı yalnız coğrafi anlayış deyil, həm də türk tarixinin və mədəniyyətinin müxtəlif bölgələrdə yaşayan izlərini əks etdirən mühüm simvollardan biridir.

Qeyd olunur ki, bu gün ağır şəraitdə yaşayan soydaşlarımızın dilini, kimliyini və mədəniyyətini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Tarixi bağların araşdırılması isə Azərbaycan diaspor tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki