Qərb regionunun sahibkarlarını, dövlət və özəl müəssisələrini bir araya gətirəcək REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisi keçiriləcək.
Sərgi 20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında təşkil olunacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə TECHERA, “Gəncə İş Adamları” İctimai Birliyi və GBARU tərəfindən təşkil edilən tədbirin rəsmi tərəfdaşı Azərbaycan Dövlət Aqrar Universitetidir.
İki gün davam edəcək sərgidə 100-dən çox müəssisənin iştirakı və 10 mindən artıq ziyarətçinin qatılması gözlənilir.
Tədbir çərçivəsində müxtəlif müəssisələrin məhsul və xidmətlərinin təqdimatı ilə yanaşı, B2B, B2G və B2U görüşlərinin keçirilməsi, yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının müzakirəsi və əməkdaşlıqların yaradılması nəzərdə tutulur.
Təşkilatçıların sözlərinə görə, REGİONAL EXPO GƏNCƏ 2026 regional sahibkarların yeni müştəri və tərəfdaşlarla əlaqə qurmasına, investorlar və dövlət qurumlarının nümayəndələri ilə birbaşa görüşlər keçirməsinə, həmçinin yeni bazarlara çıxış və ixrac imkanlarını araşdırmasına şərait yaradacaq.
Sərginin əsas məqsədlərindən biri Bakı ilə regionlar arasında biznes əlaqələrinin gücləndirilməsi və Qərb regionunun iqtisadi potensialının daha geniş auditoriyaya təqdim edilməsidir.
Sahibkarlar sərgidə stendlə iştirak edərək məhsul və xidmətlərini təqdim edə, yeni əməkdaşlıqlar və biznes əlaqələri qurmaqla yanaşı, potensial müştəri və tərəfdaşlarla görüşmək imkanı əldə edə bilərlər.
REGİONAL EXPO GƏNCƏ 2026 çərçivəsində stendlə iştirak etmək istəyən sahibkarlar indidən yer rezerv edə bilərlər.
Tarix: 20–21 noyabr 2026
Məkan: Gəncə İdman Sarayı
Stendlə iştirak: +994 10 437 55 65
Sponsorluq imkanları: +994 70 740 88 40
E-poçt: [email protected]





















