Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.
Korrekt.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qriqoryan aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək forumda iştirak edəcək:
“Onun iştirak edəcəyi panel müzakirəsi “Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması” adlanır. Görüşdə Qriqoryan və Hacıyevdən əlavə, Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Stanislav Sekrieru da iştirak edəcək”.





















