image-img-20260905-wa0063backend

Qüdrət Zeynallı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb- FOTOLAR 

image-ads-728x90

Bir müddət öncə baş tutan olimpiadada Qüdrətin bacısı, Zəhra Zeynallı gümüş medala sahib olub.Bu dəfə isə Qüdrət özü…
Bakı şəhər, H.Mahmudbəyov adına 2 saylı texniki Humanitar Liseyin 6 – ci sinif şagirdi Qüdrət Zeynallı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb.

Hər il məktəbli şagirdlər arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadası ən qədim və ən mötəbər bilik yarışıdır. Bu Olimpiadalardan biri də “SASMO” Singapore Asian Schools Math Olympiad – “SASMO” Asia məktəblər arası Riyaziyyat Olimpiadasıdır ki, burada Bakı şəhər, H.Mahmudbəyov adına 2 saylı texniki Humanitar Liseyin 6 – ci sinif şagirdi Qüdrət Zeynallı bürünc medal və diplomla təltif olunub.Yüzlərlə şagirdin iştirak etdiyi bu Olimpiadada şagirdlər öz biliklərinin nə səviyyədə olmasını təxminən 3 saata yaxın baş tutan imtahan zamanı göstərirlər.
Sözsüz ki, Müsabiqələrdə, Beynəlxalq Olimpiadalarda yer tutmaq asan başa gəlmir.

Burada valideyndən başqa, müəllimlərin də əməyi böyükdür.

Onu da qeyd edim ki, bu Qüdrətin ilk uğuru deyil. O, bir çox sınaq, yarış, olimpiadalarda yüksək nəticə göstərərək qalibiyyət qazanmışdır.

Bizdə Qüdrəti təbrik edir, gələcəkdə də uğurlarının davamlı olmasını arzu edirik.

image-img-20260905-wa0064 image-img-20260905-wa0062 image-img-20260905-wa0063 image-img-20260905-wa0065 image-img-20260905-wa0061



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki