Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin hücumları ilə bağlı suala verdiyi qısa, ancaq kəskin cavabla gündəmə gəlib.
Hadisə AK Partiyanın parlament qrup iclasından sonra jurnalistlərlə keçirilən qısa fikir mübadiləsi zamanı baş verib.
Jurnalist nazirdən İsrailin mümkün hücumu ilə bağlı sual verərək bildirib: “İsrail həqiqətən də bu hücumu edəcək qədər dəli ola bilərmi?”
Hakan Fidan isə suala qısa cavab verib: “Rəhbərləri dəlidir”.





















