image-1backend

Rektor Yaqub Piriyev 45 min manatlıq benzin almaq istəyirmiş

image-ads-728x90

Bakı Mühəndislik Universiteti Publik Hüquqi Şəxsi tərəfindən Aİ-95 markalı yanacağın satın alınması məqsədilə elan edilmiş tender müsabiqəsi ləğv edilib.

32gun.az xəbər verir ki, ehtimal olunan qiyməti 45.196,80 AZN təşkil edən satınalma prosesində iştirak etmək üçün təklif təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün bu qərar qəbul olunub.

Müsabiqənin ləğvi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilib.

Bakı Mühəndislik Universitetinin (BMU) hazırkı rektoru Yaqub Piriyevdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki