image-1backend

Rəna Soltanovanın klinikasında qəfil yoxlama – Yenə cərimələndi

image-ads-728x90

Estet-həkim, dermatokosmetoloq Rəna Soltanovanın rəhbəri olduğu “LBC” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı səhadətnaməsi olmadan kosmetoloji iş üzrə praktik fəaliyyət aşkarlanıb.

Yoxlamanın nəticəsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddənin tələblərini pozan Rəna Soltanovanın şirkəti 6000 manat cərimələnib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən daha öncələr də bu şirkətə məxsus klinikalarda yoxlama keçirilib, bir sıra nöqsanlar aşkarlanıb. Bu yoxlamaların nəticəsində Rəna Soltanova inzibati qaydada cərimə edilib.Xitab24.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki