Azərbaycandan Rusiyaya meyvə icxracında problemlər yaranmağa başlayıb.

Korrekt.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat dərc olunub.

Belə ki, “Rosselxoznadzor”un (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Ural İdarəsi Azərbaycandan Sverdlovsk vilayətinə avtomobil yolu ilə gələn 19 tonluq ərik partiyasının idxalını qadağan edib.

Qurumun iddiasına görə, laboratoriya müayinəsi zamanı mütəxəssislər məhsulda karantin orqanizmi — “Monilinia fructicola” aşkar ediblər.

Agentlik bildirib ki, mövcud qanunvericilik karantin orqanizmləri ilə çirklənmiş məhsulların Rusiyaya idxalını qadağan edir. Buna görə də, yük satışa buraxılmayıb.

Yoxlamadan sonra bütün yükün Azərbaycana geri qaytarılması qərara alınıb.