Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarına 30 gün müddətinə vizasız giriş imkanı verən fərman imzalayıb. Korrekt.az xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Fərmana əsasən, Çin vətəndaşları Rusiyaya səfər etmək üçün daha əvvəl tələb olunan vizanı almadan ölkədə 30 günə qədər qala biləcəklər.





















