Rusiyanın “Rosselxoznadzor” təşkilatı Türkiyə meyvələrinin Rusiyaya İdxalını məhdudlaşdırır.
Korrekt.az xəbər verir ki, 18 iyul 2026-cı il tarixindən etibarənə “Rosselxoznadzor” beş türk ixracatçısından Rusiyaya çəyirdəkli meyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Bu məhsullara albalı, gilas, şaftalı, ərik və gavalı daxildir.
“Rosselxoznadzor”un veb saytında dərc olunmuş açıqlamada deyilir: “Bu qərar, Türkiyədən Rusiyaya idxal edilən çəyirdəkli meyvə məhsullarında Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün karantinə alınan orqanizmlərin sistematik şəkildə aşkarlanması səbəbindən verilib”.
Qeyd edək ki, Rusiya Federasiyası Türkiyədən çəyirdəkli meyvələrin tədarükünə məhdudiyyətləri Türkiyənin Ukraynaya zəmanətlərə qoşulması qərarından sonra qoyub. Dünən Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə XİN rəhbəri Hakan Fidanı Ukraynanın II dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.





















