Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsi ilə bağlı yeni açıqlama verib. Korrekt.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, Rusiya lideri Ukrayna və onun tərəfdaşlarının “aldandığını” və Rusiyaya strateji məğlubiyyət vermək istədiklərini bildirib.
Putinin sözlərinə görə, ABŞ Ukrayna ilə bağlı sülh planını Moskva ilə birbaşa müzakirə etmir və bunun əsas səbəbi Kiyevin buna qarşı çıxmasıdır. O vurğulayıb ki, Rusiya sülh danışıqlarına və Ukraynadakı vəziyyətin dinc yolla həllinə hazırdır.
Dövlət başçısı həmçinin “hərbi cəbhənin digər hissələrində Kupyanskda baş verənlərin təkrarlanmasının qaçılmaz olduğunu” və bunun Rusiya üçün “faydalı nəticələr verəcəyini” qeyd edib.





















