Korrekt.az xəbər verir ki, Rostov-na-Donu Cənub Dairə Hərbi Məhkəməsi Krım körpüsündə törədilən terror aktının 8 iştirakçısını təqsirli bilib və onları ömürlük həbs cəzasına məhkum edib.
Mühakimə olunanlar arasında üç erməni, Artem və Qriqori Azatyan, həmçinin yük maşını sürücüsü Artur Terçanyan da var. Onlar terror aktının təşkilində, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.
Roman Solomko və Artur Terçanyan da partlayıcı qurğuların qaçaqmalçılığında ittiham olunurlar. Müstəntiqlərin fikrincə, partlayıcı qurğu Ukrayna istehsalı olub və gizli şəkildə tikinti dəstləri şəklində körpüyə gətirilib.
Əməliyyatın hazırlanmasında Ukrayna, Ermənistan və Gürcüstan vətəndaşları iştirak edib, təşkilatçı qismində isə ukraynalı Andrey Şaraşidze müəyyən edilib.





















