image-1backend

Rusiyadan Ermənistana “şok zərbə”: Ermənistan malları Rusiyada satıla bilməz

image-ads-728x90

Ermənistanda seçkilər yaxınlaşdıqca rəsmi Moskvanın İrəvana təzyiqi güclənir. Baş nazir Nikol Paşinyanın Kremlin bəzi tələblərini qəbul etməməsi Rusiyada birmənalı qarşılanmayıb. Bu fonda Rusiya artıq Ermənistana qarşı iqtisadi rıçaqlardan istifadə etməyə başlayır.

Əvvəlcə qazın qiymətinin artırılacağı ilə bağlı siqnallar verən rəsmi Kreml, indi isə başqa addımlar atır. Rusiya mediasının məlumatına görə, bu gündən etibarən Rusiya ərazisində Ermənistanda istehsal olunan malların satışına məhdudiyyətlər tətbiq oluna bilər. Bildirilir ki, belə bir qərar Ermənistan iqtisadiyyatına təxminən 1 milyard dollar həcmində ziyan vura bilər.

Bundan əlavə, Rusiya mediası iddia edir ki, mayın 2-dən etibarən ölkə ərazisində sənədsiz yaşayan Ermənistan vətəndaşlarının deportasiyasına başlanıla bilər.

Erməni mediası isə baş verənlərin əsas səbəbi kimi Nikol Paşinyanın sərt və güzəştsiz mövqeyini göstərir.

Korrekt.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki