image-1775848240_kns2okln_largebackend

Rusiyanın sabiq prezidenti məktəb dərsliklərinin redaktoru oldu

image-ads-728x90

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti və baş naziri Dmitri Medvedev 9-11-ci siniflər üçün yeni sosial fənlər dərsliklərinin baş redaktoru olub. Korrekt.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Olqa Koludarova bildirib.

Rusiya mediasının sitat gətirdiyinə görə, Koludarova deyib: “Keçən il biz yeni dərslik seriyasının baş redaktoru olmaq üçün Dmitri Anatolyeviçə müraciət etdik. O, bizim xahişimizi cavablandırdı”.

Nazir müavini dərsliklərin təqdimatı zamanı bildirib ki, “səhifəbəsəhifə şərhlər, təkliflər, düzəlişlər və daha çox şey – bütün bunlar təkcə dərsliyin son versiyasında deyil, həm də yeni federal sosial elmlər standartlarında və iş proqramlarında öz əksini tapıb”.

Yeni dərsliyin müəllifləri arasında peşəkar hüquqşünaslar, iqtisadçılar, sosioloqlar və tarixçilər var idi.

Rusiyanın təhsil naziri Sergey Kravtsov əvvəllər sosial elmlərin 1 sentyabrdan etibarən 8-ci sinif şagirdləri üçün rus məktəb tədris proqramından çıxarılacağını və 9-11-ci siniflərdə tədris olunmağa davam edəcəyini açıqlamışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki