Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda Xameneyinin Müdafiə Şurasındakı nümayəndəsi Əli Şəmxani İranın raket imkanlarının cilovlana bilməyəcəyini bildirib.
Korrekt.az xəbər verir ki, Şəmxani ABŞ prezidenti Donald Trampın açıqlamasına cavab olaraq “X” hesabında yazıb ki, İranın müdafiə doktrinasında mümkün təhdidlərə qarşı cavablar əvvəlcədən müəyyən edilib. “İranın müdafiə doktrinasında bəzi cavablar təhdid tətbiq olunmazdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə qabiliyyətləri nə idarəolunandır, nə də hər hansı icazə tələb edir. İstənilən hücuma bu planı hazırlayanların təsəvvüründən kənara çıxan sərt və dərhal cavab veriləcək”, – deyə, Şəmxani vurğulayıb.





















