Bu gün İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazasına qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, əməliyyat “ABŞ-yə qarşı növbəti cavab tədbiri” çərçivəsində icra olunub. Qurumun iddiasına görə, hücum zamanı buraxılışa hazır vəziyyətdə olan iki HIMARS raket buraxılış qurğusu məhv edilib. (IRIB News)
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) və ya Küveyt rəsmiləri isə hələlik SEPAH-ın bu iddiasına münasibət bildirməyiblər. Hadisə ilə bağlı məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.





















