image-1backend

SEPAH  ABŞ qoşunlarının  İraqdan çıxmasını “tarixi qələbə” adlandırdı 

image-ads-728x90

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ qoşunlarının İraqdan çıxarılması prosesinin başa çatmasına münasibət bildirib.

Korrekt.az xəbər verir ki, SEPAH yaydığı bəyanatda İraq xalqını və “Müqavimət Oxu”nu bu hadisə münasibətilə təbrik edərək, ABŞ qüvvələrinin ölkədən çıxarılmasını “tarixi qələbə” adlandırıb.

Bəyanatda bildirilib ki, ABŞ-nin İraqdan çıxarılması İraq xalqının müstəqillik uğrunda mübarizədə göstərdiyi əzmkarlığın nəticəsidir. SEPAH habelə ABŞ-nin Yaxın Şərqdəki mövcudluğunu bölgədə qeyri-sabitliyin əsas səbəblərindən biri kimi qiymətləndirib.

Korpus eləcə də ABŞ qüvvələrinin Yaxın Şərqin bütün ölkələrindən çıxarılmasını tələb edib. (IRIB News)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki