image-1backend

Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir

image-ads-728x90

Naxçıvanın Sirab kənd məktəbində direktor və direktor müavininin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir.

Məktəbdə müəllimlərin repetitor fəaliyyəti ilə məşğul olmasına icazə verilmədiyi halda, bəzi müəllimlərin məktəbdə şagirdlərə dərnək məşğələləri keçməsi adı altında əlavə dərslər təşkil etdiyi və bunun müqabilində məktəb rəhbərliyinə aylıq ödəniş etdiyi iddia olunur.

İddialara görə, məktəbin direktoru Əli İsmayılov və dərs hissə müdiri-müavini Cinarə Babayeva 20-dən çox müəllimdən hər ay 150 manat məbləğində “yer pulu” alırlar. Bildirilir ki, bu vəsait müqabilində müəllimlərin repetitor fəaliyyəti “dərnək dərsləri” adı altında həyata keçirilir.

Məktəbdə digər qanunsuzluqların da olduğu iddia edilir. Belə ki, hər həftə keçirilən iməciliklərdə iştirak etmək istəməyən müəllimlərdən pul alındığı və onların əvəzinə başqa şəxslərin, əsasən həmin müəllimlərin yaxınlarının iməciliklərə göndərilməsinə şərait yaradıldığı bildirilir.

Bundan başqa, yuxarı sinif şagirdlərinin hazırlıq kurslarına getdikləri üçün dərslərdə iştirak etmədikləri, buna baxmayaraq, onların davamiyyətsizliyinin qeydə alınmadığı da iddialar arasındadır. Məlumata görə, bunun qarşılığında həmin şagirdlərdən də aylıq ödəniş tələb olunur.

Səsləndirilən iddialarda məktəb rəhbərliyinin bu fəaliyyətlərdən əldə etdiyi vəsait hesabına yüksək həyat şəraiti yaratdığı da bildirilir.

Qeyd olunan iddialarla bağlı məktəb rəhbərliyinin, eləcə də aidiyyəti təhsil qurumlarının mövqeyini öyrənmək üçün müraciət edilə bilər. İddiaların araşdırılmasının nəticəsi hüquqi qiymətləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki