Oktyabrın 1-də Azərbaycanda polis əməkdaşları tərəfindən bir sıra cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, gün ərzində ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 63 nəfərin borclu şəxs qismində axtarışda olduğu qeyd edilib.
Həmçinin narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.





















