image-1backend

Həbsxanalar doldu: Yüzlərlə məhbus vaxtından əvvəl azad edildi

image-ads-728x90

Böyük Britaniyada həbsxanalarda yer çatışmazlığı səbəbindən yüzlərlə məhbus hökumətin erkən azadlığa buraxılma proqramı çərçivəsində sərbəst buraxılıb.

Korrekt.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, sentyabrın 30-dək oğurluq, zorakı cinayətlər və məişət zorakılığı ilə bağlı cinayətlərə görə məhkum edilmiş təxminən 700 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Məlumata əsasən, azad edilən məhbusların heç biri 575 gündən çox həbsdə qalmayıb və onlar təyin olunan cəzalarının ən azı üçdə birini həbsxanada çəkiblər.

Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın sonunda ölkədəki kişi həbsxanalarında təxminən 85 min yerə qarşı cəmi 1 134 boş yer qalıb.

Daha 4 500 məhbus azad ediləcək
Nəşrin məlumatına görə, qarşıdakı 10 ay ərzində daha 4 500 məhbusun vaxtından əvvəl azadlığa buraxılması planlaşdırılır. Növbəti qruplarda daha uzunmüddətli həbs cəzası alan şəxslər də olacaq.

Proqramın son mərhələsində hətta 12 ildən çox həbs cəzasına məhkum edilmiş şəxslərin də erkən azadlığa buraxılması nəzərdə tutulur.

Britaniyada 2024-cü ildən etibarən həbsxanalarda həddindən artıq sıxlığın qarşısını almaq məqsədilə məhbusların cəzalarının yarısını çəkdikdən sonra azadlığa buraxılmasına imkan verən mexanizm tətbiq olunur. Həmin vaxtdan bəri bu proqram çərçivəsində təxminən 60 min nəfər azad edilib.

Bundan əlavə, hökumət 2025-ci ildən etibarən məhkəmələrə bir ildən az müddətə həbs cəzası alan şəxsləri həbsxanaya göndərməməyi tapşırıb.

Proqramın genişləndirilməsi isə yay aylarında ciddi müzakirələrə səbəb olub. Buna səbəb ölkədə polis əməkdaşının qətlində təqsirli bilinən iki şəxsin də erkən azadlığa buraxıla biləcəyi ilə bağlı yaranan qalmaqal olub. Bundan sonra Britaniya hakimiyyəti erkən azadlığa buraxılma proqramının genişləndirilməsini planlaşdırılandan əvvəl dayandırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki