Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin söküləcəyi ilə bağlı iddialar yayılıb.
Korrekt.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi yayılan iddialara aydınlıq gətirib.
Bildirilib ki, peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır”.
Qeyd edək ki, mətbuatda 35 saylı peşə məktəbinin sökülərək yerində yaşayış binasının tikiləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Bununla əlaqədar peşə məktəbin binasında məskunlaşan sakinlərin köçürülməsinə başlanıldığı deyilirdi.





















