image-default-1backend

SEPAH: İran  ABŞ və İsrailə qarşı 6 aylıq müharibəyə hazırdır

image-ads-728x90

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü briqada generalı Əli Məhəmməd Nayeni İran Silahlı Qüvvələrinin ABŞ və İsrailə qarşı altı aylıq tammiqyaslı müharibəyə tam hazır olduğunu bəyan edib.

Korrekt.az xəbər verir ki, generalın sözlərinə görə, o, şənbə günü televiziya ilə yayımlanan çıxışında döyüş meydanında baş verən son hadisələrdən danışaraq hərbi əməliyyatların mümkün inkişafını şərh edib.

Nayeni bildirib ki, fevralın 28-də ABŞ və İsrail birgə hərbi əməliyyat çərçivəsində İrana qarşı hücum həyata keçirib. Onun iddiasına görə, əməliyyatda 50 mindən çox hərbçi, iki təyyarədaşıyan gəmi, 200 müasir qırıcı təyyarə, esmineslər, raket buraxılış sistemləri və nüvə sualtı qayıqları iştirak edib.

İranlı general qeyd edib ki, hücumun əsas məqsədi İrandakı mövcud siyasi sistemi devirmək olub. Onun sözlərinə görə, buna görə də ölkə ərazisinə qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirilib.
İİKK sözçüsü vurğulayıb ki, ABŞ və İsrailin planları üç əsas istiqamətdə yanlış hesablamalar səbəbindən uğursuzluğa düçar olub. Nayeni əlavə edib ki, qarşı tərəf İranın siyasi, hərbi və sosial quruluşunu düzgün qiymətləndirə bilməyib.

General həmçinin bildirib ki, İranın mövcud siyasi sistemi məğlubedilməzdir və baş verən hadisələr bunu bir daha nümayiş etdirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki