İran ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə beynəlxalq ticarəti dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Korrekt.az xəbər verir ki, bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı yayımladığı bəyanatda bildirib ki, ABŞ bölgədə “qanunsuz dəniz blokadasını” davam etdirərsə və İranın ticarət gəmiləri ilə neft tankerlərinin təhlükəsizliyini təhdid edərsə, İran Silahlı Qüvvələri sərt addımlar atacaq.
Bəyanatda vurğulanıb ki, belə bir vəziyyətdə İran Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək.
SEPAH ABŞ-ni “təcavüzkar və terrorçu” adlandıraraq, mümkün eskalasiyanın məsuliyyətinin Vaşinqtonun üzərinə düşəcəyini bildirib.





















