image-1backend

Siqaret çəkən işçilər şirkətlər üçün əlavə xərclər yaradır – Araşdırma

image-ads-728x90

Aparılan araşdırmalar siqaret çəkməyin təkcə sağlamlığa deyil, həm də iş tapmaq və daha yüksək gəlir əldə etmək imkanlarına mənfi təsir etdiyini göstərir.

Bu barədə “JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.

Tədqiqat 251 işsiz şəxs üzərində 12 ay ərzində aparılıb. Onların 131-i siqaret çəkən, 120-si isə siqaret çəkməyən olub.
Nəticələrə görə, siqaret çəkməyənlərin iş tapmaq ehtimalı daha yüksəkdir. Bir il ərzində siqaret çəkməyənlərin 55,6 faizi işə qəbul olunub, siqaret çəkənlərdə isə bu göstərici 26,6 faiz təşkil edib.
Araşdırma həmçinin maaş fərqini də ortaya qoyub. Siqaret çəkənlər saatda orta hesabla 15,10 dollar qazandıqları halda, siqaret çəkməyənlər 20,27 dollar qazanıb. Bu fərq illik hesabla 8 300 dollardan çox gəlir itkisi deməkdir.
İştirakçıların orta yaşı 48 olub və onların 65,7 faizi kişi olub. Eyni zamanda, bir çoxunun yaşayış şəraiti qeyri-sabit olub və yalnız 31,1 faizi ali təhsilli olub.
Tədqiqat müəllifləri bildirirlər ki, siqaret çəkən işçilər işəgötürənlər üçün əlavə xərclər yaradır. Buna görə də işəgötürənlər işçi qüvvəsində siqaret istifadəsini azaltmaq üçün getdikcə daha çox tədbir görürlər.
Qeyd edək ki, siqaret çəkən işçilərin işəgötürənlər üçün yaratdığı əlavə xərclərin başında iş məhsuldarlığının aşağı düşməsi (fasilələr) göstərilir. Belə ki, gün ərzində bir neçə dəfə verilən “siqaret fasilələri” ümumi iş saatından kəsilir. Hər biri 10-15 dəqiqə çəkən 4-5 fasilə, gün ərzində təxminən 1 saatlıq iş itkisi deməkdir. İllik hesablama apardıqda bu, şirkətin faktiki olaraq iş görülməyən saatlar üçün də əlavə əməkhaqqı ödəməsi mənasına gəlir.
Bundan başqa, bir çox ölkələrdə işçilərin tibbi sığortasını işəgötürən təmin edir. Siqaret çəkənlərdə xroniki xəstəliklərin (tənəffüs yolları, ürək-damar və s.) riski daha yüksək olduğu üçün onların sığorta xərcləri də daha baha olur. Nəticədə işəgötürən bu risk qrupu üçün sığorta şirkətlərinə daha çox vəsait ödəməli olur.
Tədqiqatlar göstərir ki, siqaret çəkən şəxslər çəkməyənlərə nisbətən daha tez-tez xəstələnirlər. İmmunitet zəifliyi səbəbindən götürülən bülletenlər (xəstəlik vərəqələri) iş prosesini axsadır. İşçi yerində olmadığı halda onun funksiyalarını yerinə yetirmək üçün digər işçilərə əlavə iş yükü düşür və ya əvəzedici kadr cəlb edilməsi üçün vəsait tələb olunur.
Eyni zamanda siqaret asılılığı və ya nikotin çatışmazlığı (abstinent sindromu) səbəbindən işçilər diqqətlərini cəmləyə bilmirlər. Nikotin aclığı hiss edən işçinin konsentrasiyası pozulur, qərar vermə sürəti zəifləyir və səhv etmə ehtimalı artır.
Həmçinin siqaret çəkilən yerlərin havalandırılması, qoxunun aradan qaldırılması və külqabıların təmizlənməsi üçün əlavə xərclər lazım olur.
Siqaret istifadəsi ofis və ya istehsalat sahələrində yanğın riskini də artırır ki, bu da mülkiyyət sığortası xərclərinin yüksəlməsinə səbəb olur.Yeniavaz.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki