“Ynet” qəzeti yazıb ki, adı açıqlanmayan yüksək səviyyəli avropalı diplomat İsrailin gələn il İrana hərbi hücum edə biləcəyini bildirib. Diplomatın sözlərinə görə, İran hakimiyyəti, xüsusilə Xameneyi, əvvəlki müharibələrdən nəticə çıxarmayıb və gərginlik artmaqda davam edir.
Korrekt.az xəbər verir ki, o, ABŞ-nin belə bir əməliyyata razı olmayacağını qeyd etsə də, İranın sərt mövqeyi və regional gərginliklərin davam etməsi, yaxın gələcəkdə hərbi əməliyyatların ehtimalını yüksək tutur.
Diplomat, İranın daxili böhranları və su çatışmazlığı kimi problemlərlə üzləşdiyini, bunun da ölkə üçün ciddi təhlükələr yaratdığını vurğulayıb. O, habelə, İranın beynəlxalq təzyiqləri görməzdən gəldiyini və bu səbəbdən qarşıdurmaların yeni mərhələsinin çox yüksək olduğunu açıqlayıb.
İsrailin yaxın gələcəkdə hücum etməsi ehtimalı, Hizbullahın Baş Qərargah rəisinin öldürülməsindən sonra daha da artıb.
Nəşr iddia edir ki, İsrail tam olaraq savaşa hazırdır və Yeni ilə qədər İsrail İrana ikinci hücuma başlaya bilər.





















