“Hazırda dünya mürəkkəb və çətin bir mərhələdən keçir. Belə bir şəraitdə mövcud problemlərdən çıxış yollarının tapılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə təcrübə qazanan ölkələr, əgər sağlam və güclü siyasi iradəyə malikdirlərsə, əldə etdikləri müsbət nəticələri digər tərəfdaşlarla bölüşməyə hazır olurlar.Bu kontekstdə Azərbaycan xüsusi yer tutur. Ölkəmiz uzun illər ərzində çətin vəziyyətlərdən çıxış yolları taparaq müxtəlif çağırışlara adekvat cavab verməyi bacarıb. Bu təcrübə Azərbaycanın həm regional, həm də beynəlxalq əməkdaşlıqda fəal iştirakını şərtləndirir.”– bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, son dövrlərdə Azərbaycan-Ukrayna münasibətləri də diqqət mərkəzindədir.
“Qəbələ şəhərində keçirilən yüksək səviyyəli görüşlər bu əlaqələrin daha da inkişaf etdiyini göstərir. Dövlət başçıları və nümayəndə heyətləri arasında aparılan danışıqlarda siyasi dialoqun genişləndirilməsi, iqtisadi və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olub.Eyni zamanda humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan çətin dövrdə Ukraynaya müxtəlif istiqamətlərdə dəstək göstərib və bu, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:





















