image-1backend

“Sülh olmasaydı…” – “Ermənilər indi bunu daha çox hiss edirlər”

image-ads-728x90

“İrəvanda və bölgələrdə vətəndaşlarla görüşlər zamanı qeyd etdim ki, onlar hakimiyyətin gözlədiyindən daha güclü şəkildə sülhü hiss edirlər”.

Korrekt.az  xəbər verir ki, bunu Ermənsitan Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında hökumətin hesabatını təqdim edərkən deyib.

O, ermənilərin ilk növbədə psixoloji və mənəvi cəhətdən sülhü hiss etdiklərinə əminliyini qeyd edib: “Həmişə yaşadığımız əsəbilik, gərginlik və narahatlıq əvəzinə, indi sülh hiss edirik və düşünürəm ki, vətəndaşlar da intuitiv olaraq başa düşürlər ki, tibbi sığorta sistemi, pensiya artımları və sair birbaşa olmasa da, dolayı yolla sülhlə bağlıdır”.

Baş nazir vurğulayıb ki, əgər sülhə inam olmasaydı və hakimiyyət yeni eskalasiya gözləsəydi, dərhal sosial sahəyə bu qədər pul ayırmazdı: “Sülh iqtisadi artım üçün imkanlar yaradıb”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki