Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzində (AQDİM) mühüm kadr təyinatı həyata keçirilib. İdarə Heyətinin müvafiq qərarına əsasən, jurnalist Orxan Kərimov Mərkəzin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri – mətbuat katibi vəzifəsinə təyin olunub.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul bu təyinatla bağlı fikirlərini bölüşərək bildirib ki, Orxan Kərimovun peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması Mərkəzin fəaliyyətinə yeni nəfəs və dinamika qazandıracaq, həyata keçirilən layihələrin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Orxan Kərimov uzun illər ölkənin aparıcı xəbər saytlarında redaktor kimi fəaliyyət göstərib.





















