Tanınmış jurnalist Elnur Hidayətoğlu-ya yüksək vəzifə verilib.
Belə ki, jurnalist , TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri təyin olunub. Korrekt.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elnur Niftəliyev məlumat yayıb.
Xatırladaq ki, uzun illər media sahəsində fəaliyyət göstərən Elnur Hidayətoğlu peşəkar jurnalist kimi tanınıb və ictimaiyyətlə əlaqələr sahəsində də geniş təcrübəyə malikdir.





















