image-timthumbbackend

“The Wall Street Journal” qəzeti: İran Trampa qarşı sui-qəsd planlaşdırır

image-ads-728x90

İsrail ABŞ administrasiyasına İranın ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd planlaşdıra biləcəyinə dair kəşfiyyat məlumatları təqdim edib.

Korrekt.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail ABŞ hakimiyyət orqanlarına Tehranın iddia edilən planları barədə məlumat verib. Lakin bu məlumatın ötürülmə vaxtı və kanalları göstərilməyib.

Ankarada jurnalistlərə danışan ABŞ prezidenti özünü İranın əsas hədəflərindən biri hesab etdiyini bildirib.

WSJ-nin məlumatına görə, İran bir neçə ildir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə Trampdan qisas almaq niyyətində olduğunu açıq şəkildə bildirib.

Qəzet həmçinin qeyd edir ki, son həftələrdə Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana qarşı gələcək strategiyaları ilə bağlı fikir ayrılıqları dərinləşib. Netanyahu hərbi kampaniyanın davam etdirilməsini müdafiə etsə də, Tramp münaqişənin daha da şiddətlənməsinin qarşısını almağa çalışır.

Lakin İsrail Baş Nazirinin Ofisi cümə axşamı günü bildirib ki, iki liderin hərəkətlərini əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki