image-1backend

The Washington Times: Çinlə müharibə ola bilər

image-ads-728x90

The Washington Times nəşrinin yazdığına görə, Çin kosmik müharibə imkanlarını sürətlə genişləndirir və 2040-cı ilə qədər ABŞ ilə aşağı intensivlikli, lakin davamlı qarşıdurmaya hazırlaşır.

Məlumat ABŞ Kosmik Qüvvələri tərəfindən hazırlanmış hesabatda əks olunub. Sənəddə qeyd edilir ki, yaxın 10–15 il ərzində tərəflər arasında açıq müharibə ehtimalı aşağıdır. Lakin kosmosda və digər sahələrdə “elan olunmamış müharibə” xarakterli rəqabət davam edəcək.

Hesabata görə, 2040-cı ilə qədər əməliyyat mühiti ənənəvi müharibədən fərqli olaraq kiberhücumlar, elektromaqnit fəaliyyət və orbital sistemlərə gizli müdaxilələrlə səciyyələnəcək. Bu isə sülh və münaqişə arasındakı sərhədlərin daha da qeyri-müəyyənləşməsinə səbəb olacaq.

Analitiklər bildirirlər ki, Çin kosmik sektora yatırdığı investisiyalar vasitəsilə “informasiyaya əsaslanan” və “ağıllı” müharibə modelini inkişaf etdirir. Pekinin əsas məqsədi 2040-cı ilə qədər kosmik imkanlara görə ABŞ-la eyni səviyyəyə çatmaqdır.

Hesabatda həmçinin qeyd olunur ki, Çin ikili təyinatlı texnologiyaların inkişafına xüsusi diqqət ayırır. Bunlara istiqamətləndirilmiş enerji silahları, süni intellektlə idarə olunan sistemlər, beyin-kompüter interfeysləri və “metamateriallar” kimi yeni nəsil texnologiyalar daxildir.

Bu fonda ABŞ və Çin arasında hərbi-texnoloji rəqabət daha da güclənir. The New York Times nəşrinin məlumatına görə, Pentaqon ABŞ-ın pilotsuz döyüş dronları proqramının bəzi istiqamətlər üzrə Çindən geri qaldığını müəyyən edib.

Bununla əlaqədar olaraq, ABŞ ordusu müdafiə sənayesini daha fəal olmağa çağırıb. Məsələn, Kaliforniyada yerləşən Anduril Industries şirkəti süni intellektlə idarə olunan dronların istehsalına planlaşdırılandan daha tez başlayıb.

Məlumata görə, yeni texnologiyaların əsas məqsədi döyüş əməliyyatlarında avtomatlaşdırmanı artırmaqdır. Süni intellekt sistemləri artıq hədəflərin seçilməsi, hücum və müdafiə qərarlarının verilməsi kimi proseslərdə insan müdaxiləsini minimuma endirir.

Bəzi dronların artıq yüksək sürət və hündürlükdə koordinasiyalı hücumlar həyata keçirə bildiyi bildirilir. Eyni zamanda, mərkəzləşdirilmiş süni intellekt sistemləri kəşfiyyat məlumatlarını analiz edərək hava əməliyyatları üçün hədəfləri sürətlə müəyyənləşdirə bilir.

Ümumilikdə, hesabat göstərir ki, kosmos və süni intellekt texnologiyaları gələcək hərbi qarşıdurmaların əsas istiqamətlərindən biri olacaq və ABŞ–Çin rəqabəti bu sahədə daha da kəskinləşəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki